Bank Of Baku

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkən tərəfin nümayəndələri iştirak etməyib

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən  şəxslərin məhkəməsində zərərçəkən tərəfin nümayəndələri iştirak etməyib
# 05 yanvar 2009 12:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, zərərçəkən tərəfin nümayəndələri məhkəmənin tərkibinə etiraz olaraq prosesə qatılmayıb. Onlar məhkəməyə bu barədə vəsatət göndəriblər. Zərərçəkən tərəfin vəsatətinə münasibət bildirən prokuror Azər Osmanov bunun əsassız olduğunu bildirib. Təqsirləndirilən şəxslər isə məhkəmin yubanmasına etirazını bildiriblər. Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hakim vəsatətin baxılmamış qalması barədə qərar qəbul edib. Bundan sonra məhkəmə növbəti prosesdə şahid kimi dindirilməsi nəzərdə tutulan şəxsləri müəyyənləşdirib və hakimin qərarı ilə proses yanvarın 15-ə təyin edilib.

Qeyd edək ki, Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunurlar. İttiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti ötən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR