Bank Of Baku

Qəsdən adam öldürməkdə təqsirləndirilən qohumların məhkəməsi başlayıb

Qəsdən adam öldürməkdə təqsirləndirilən qohumların məhkəməsi başlayıb
# 05 yanvar 2009 13:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Dadaş İmanovun sədrliyi ilə qəsdən adam öldürməkdə təqsirləndirilən Firdovsi Kərimov və onun bacısı oğlu Qərib Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, dövlət ittihamçısı prosesdə ittiham aktını elan edib. İttiham aktına əsasən təqsirləndirilən şəxslər 2008-ci ilin may ayında Bakının Xətai rayonu ərazisində şəhər sakini Nəriman Əhmədovu döyərək öldürüblər. İttihama münasibət bildirən Q. Quliyev özünü qismən təqsirli sayıb, F. Kərimov isə özünü təqsirkar bilməyib. Proses yanvarın 14-də davam etdiriləcək.

Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR