Bank Of Baku

Azərbaycanın rayonlarından birində qətl törədilib

Azərbaycanın rayonlarından birində qətl törədilib
# 05 yanvar 2009 16:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Xaçmaz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.30 radələrində Xaçmaz-Xudat yolunun Qımılqışlaq kəndi ərazisində yerləşən kafedə baş verib. Rayonun Nərəcan kənd sakini Xoşbəxt Nurməhəmməd oğlu Xəlilov mübahisə zəminində həmyerlisi, 1960-cı il təvəllüdlü Soltanməhəmməd Dadaş oğlu Aydəmirovu ürək nahiyəsindən bıçaqlayıb. S. Aydəmirov aldığı bıçaq zərbəsindən yerindəcə keçinib.

Qətli törədən X. Xəlilov isə idarə etdiyi “Mercedes” markalı, 10 UA 766 dövlət nömrə nişanlı avtomobili ilə hadisə yerindən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində X. Xəlilov rayon ərazisindən qaçmaq istəyərkən tutulub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, adıçəkilən şəxslərin Xaçmaz rayonu ərazisində fərdi fermer təsərrüfatı ilə məşğul olduqları bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR