Bank Of Baku

Azərbaycanın Hacıqabul rayonunda “KamAZ”-la sərnişin avtobusu toqquşub, ölən və yaralanan var

Azərbaycanın Hacıqabul rayonunda “KamAZ”-la sərnişin avtobusu toqquşub, ölən və yaralanan var
# 06 yanvar 2009 06:19 (UTC +04:00)
Hacıqabul rayon Polis Şöbəsinin müstəntiqi Nadir Qədirovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, yanvarın 5-i saat 19.30 radələrində Göyçay rayon sakini Aslanov Sədi Bədri oğlunun idarə etdiyi “KamAZ-5410” markalı, 23 BE 270 dövlət nömrə nişanlı avtomaşın Ağstafa rayonu Qırlı kənd sakini Babayev Elman Vəli oğlunun idarə etdiyi “Jkarus” markalı, GEO EES-133 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində avtobusun sərnişinlərindən 1972-ci il təvəllüdlü Tovuz şəhər sakini, Verdiyeva Humay Fikrət qızı hadisə yerindəcə keçinib, Ağstafa rayonu Qırlı kənd sakini, 1992-ci il təvəllüdlü Orucov Elvin Teymuraz oğlu isə kəllə-beyin travması ilə komatoz vəziyyətdə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi başlanılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR