Bank Of Baku

Azərbaycan paytaxtında ana və qızı öz evində bıçaqlanıb

Azərbaycan paytaxtında ana və qızı öz evində bıçaqlanıb
# 06 yanvar 2009 08:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında ana və qızı öz evində bıçaqlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Mərdənov Qardaşları küçəsində baş verib. Adıçəkilən ünvanda yaşayan, 1965-ci il təvəllüdlü Amaliya Böyükağa qızı Bədirli və onun qızı, 1993-cü il təvəllüdlü Nilufər Ağalar qızı Bədirli naməlum şəxslərin hücumuna məruz qalıblar. Basqınçılar ev sahibəsi və onun qızına çoxsaylı bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Hər iki yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hədisəni törədənlər, 1988-ci il təvəllüdlü Bağırov Azər Akif oğlu və 1984-cü il təvəllüdlü İsmayılov Adil Rauf oğlu tutularaq məsuliyyətə cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR