Bank Of Baku

Yaşar Əliyev: “Paytaxt polisi Aşura günündə gücləndirilmiş iş rejimində çalışacaq”

Yaşar Əliyev: “Paytaxt polisi Aşura günündə gücləndirilmiş iş rejimində çalışacaq”
# 06 yanvar 2009 09:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Aşura günü ilə əlaqədar paytaxtdakı məscidlərin ətrafında və onlara yaxın ərazilərdə polis naryadları artırılacaq”. Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev deyib. Y. Əliyevin sözlərinə görə, bu tədbirlər Daxili İşlər Nazirliyinin xüsusi göstərişinə əsasən həyata keçirilir. Rəis müavini Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisinin gücləndirilmiş iş rejimində çalışacağını vurğulayıb.

İctimai asayişin lazımı şəkildə təmin ediləcəyini vurğulayan rəis müavini paytaxtda nəqliyyatın hərəkətinin də tənzimlənəcəyini söyləyib. “Sabah Dövlət Yol Polisi də gücləndirilmiş iş rejimində çalışacaq və əhalinin sıx toplaşdığı ərazilərdə nəqliyyatın hərəkətinə, avtomobillərin saxlanmasına nəzarət gücləndiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR