2008-ci ilin ən səsli-küylü cinayətləri: “Koza Nostra”nın süqutu, avstriyalı manyakın həbsi, “Papa”nın ölümü... - FOTO
Ötən ilin mayında Fransa məhkəməsi daha bir manyakı ömürlük həbs cəzasına məhkum edib. “Ardenn meşəbəyisi” adlandırılan 65 yaşlı Mişel Furnye 1987-2001-ci illərdə 13-22 yaşlı doqquz qızı oğurlamaqda, zorlamaqda və qətlə yetirməkdə ittiham olunur. Onun daha 3 qızı qətlə yetirdiyi ehtimal olunur, “Ardenn meşəbəyisi” bütün cinayətlərini Fransa-Belçika sərhədinə yaxın ərazidə törədib. Mişel Furnye ilə birlikdə onun üçüncü həyat yoldaşı Monik Olivye də ömürlük həbs cəzasına məhkum edilib. O, qızları tora salmaqda ərinə kömək etməkdə ittiham olunub. Mişel Furnyeni pedofil kimi məhkum ediblər, lakin o məhkəmədə bunun əksini sübuta yetirib və yalnız bakirə qızları zorladığını bildirib.
Ötən ilin fevralında “İspviç içalatyeyəni” kimi tanınan Stiv Rayta da hökm oxunub. O, 2006-cı ildə 5 fahişəni qətlə yetirməkdə ittiham olunub. Qızların cəsədləri İspviç şəhəri yaxınlığında tapılıb, onlardan birinin hamilə olduğu müəyyənləşib.
2008-ci ilin ən səsli-küylü cinayətlərindən birinə Finlandiya “ev sahibliyi” edib. Ölkənin Kauxayoki şəhərində ikinci kurs tələbəsi, 23 yaşlı Matti Saari instituta girərək sağa-sola kortəbii atəş açıb, nəticədə 9 tələbə və müəllim ölüb. Daha sonra benzin tökərək auditoriyanı yandıran cinayətkar sonda intihar edib. Matti Saari intihardan əvvəl kiçik bir kağıza son sözlərini yazıb: “Mən həmişə maksimum daha çox insan öldürmək istəyirdim”.
Buna bənzər cinayət ABŞ-da da qeydə alınıb. 60 yaşlı Elbern Bleyk Wendy’s qəlyanaltısına girərək müştərilərə atəş açmağa başlayıb. Atəş nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Mayda isə Kaliforniya sakini analoji cinayəti kilsədə törədib. Kilsəyə gələnlərə atəş açan sakin üç nəfəri qətlə yetirib.
Tokioda isə Tomoxiro Kato adlı oğlan yük maşınını əhalinin sıx toplaşdığı yerə sürərək çoxlu sayda insanı əzib. Daha sonra maşından düşən Kato 7 nəfəri bıçaqla doğrayıb. Cinayəti törətməzdən əvvəl öz şəxsi internet bloqunda maksimum sayda insan qətlə edəcəyini yazan Kato polisə əməlinin səbəbini belə açıqlayıb: “Mən bu dünyadan bezmişəm”.
2008-ci ildə bütün dünyada mütəşəkkil cinayətkar qruplaşmalara bir neçə əhəmiyyətli zərbələr endirilib. 2006-cı ildə Kent qraflığında Securitas beynəlxalq mühafizə şirkətinə basqın edərək 53 milyon funt sterlinq oğurlamağı bacaran cinayətkarlara ötən il hökm oxunub. Cinayətkarlardan 4 nəfəri, 30 il, biri isə 20 il müddətinə azadlıqdan məhrum edilib, oğurlanan pulun isə yalnız 21 milyon funt sterlinqini geri qaytarmaq mümkün olub.
Ötən il Almaniyanın Duysburq şəhərində iki italyan mafiyası arasında başlanan açıq müharibə çoxsaylı həbslərlə müşayiət olunub. Nəticədə “Ndranqeta” mafiyasının 68 yaşlı rəhbəri Cüzeppe Nirta, daha sonra mafiya bosslarından digəri – Paolo Nirta həbs olunub. Polis həmçinin Nirta klanının düşməni, Pelle-Vottari ailəsinin başçısı, nüfuzlu mafiozi Antonio Pelleni də həbs edib.
2008-ci il həmçinin məşhur “Koza Nostra” klanının süqutu ilə yadda qalıb. Ötən il Siciliya mafiyasına ağır zərbə vurulub. Fevralın əvvəllərində ABŞ və İtaliya polisi “Köhnə körpü” adı altında birgə əməliyyat keçiriblər. Əməliyyatın əsas məqsədi Avropa və ABŞ-dakı Siciliya mafiyaları arasında əlaqəni bərpa etmək və dünyanın ən böyük narkotik maddə kanallarından birini bağlamaq olub. Polis Nyu-Yorkda “Koza Nostra”nın 80 üzvünü həbs edib, Siciliyada da çoxlu sayda klan üzvü həbs olunub. Bununla da “Koza Nostra”nın – Qambinonun varlığına son qoyulub.
Nəhayət, 2008-ci ildə kriminal aləm daha bir itki ilə üzləşib. “Koza Nostra”nın ən nüfuzlu siması, “Papa” ləqəbli Mikele Qreko 83 yaşında vəfat edib. O, Siciliya mafiyası Komissiyasının sədri olub, “Papa” ləqəbini isə müxtəlif klanlar arasında çoxsaylı münaqişələri sülh yolu ilə həll etdiyinə görə alıb. Ömrünün son 22 ilini həbsxanada keçirən “Papa” azadlığa çıxmadan dünyadan köçüb.
Yola saldığımız il həmçinin rus mafiyası üçün də ağır il olub. İyunda İspaniya polisi rus mafiyasının 20-dən artıq üzvünü həbs edib. Həbs olunan şəxslərin hamısı “Tambov” cinayətkar qruplaşmasının üzvləridir. Həbs olunanlar arasında “Tambov” qruplaşmasının ən azı 4 lideri, o cümlədən mafiya başçısı “Vitalik” də olub. Saxlanan şəxslər çirkli pulların yuyulması, silah qaçaqmalçılığı və sifarişli qətllər törətməkdə ittiham olunurlar.
Noyabrda isə Münhendə rus mafiyasının Bavariyadakı işlərini idarə edən Tiqran adlı şəxsin və iki əlaltısının məhkəməsi başlayıb. Adı çəkilən şəxs 200-ə yaxın cinayət faktında, o cümlədən dələduzluq, narkotik maddələr alveri və çirkli pulların yuyulmasında ittiham olunurlar. İstintaq materiallarına görə Bavariya ərazisində bütün narkotik maddələr ticarəti Tiqranın nəzarətində olub. Tiqran həmçinin rus mafiyasının xarici ölkələrdəki işlərinə məsul olan “Timoxa” ləqəbli liderinin varisi sayılır. “Timoxa” 2001-ci ildə Münhen məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib, daha sonra Rusiyaya ekstradisiya olunub.
Nəhayət, ötən ilin ən qalmaqallı məhkəmə proseslərindən biri Tailandda həbs olunmuş rusiyalı sahibkar Viktor But üzərində qurulub. Amerikalılar Viktor Butu dünyada qeyri-leqal silah ticarəti işinin rəhbəri hesab edirlər. ABŞ onu amerikan zabitlərinin qətlə yetirməkdə, “Yer-Hava” tipli raketlərin alqı-satqısında, beynəlxalq terror təşkilatlarının silahla təmin etmıkdə suçlandırır.
Ötən ilin ən səsli-küylü cinayətləri sırasında ABŞ-ın “KATV” telekanalının aparıcısı Enn Preslinin və “Oskar” mükafatı laureatı Cenifer Hadsonun qətlini, Parisdə məşhur “Harry Winston” zərgər salonunun qarət olunmasını da qeyd etmək olar. Sonuncu hadisə zamanı oğrular zərgərlik mağazasından 80 milyon avro dəyərində zinət əşyaları aparmağa müvəffəq olublar. Və sair və ilaxır. Yuxarıda qeyd olunanlar 2008-ci ildə törədilən cinayətlərin heç də hamısı deyil. Təəssüf!
Hadisə
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Xəbər Lenti
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib