Bank Of Baku

Sumqayıtda 28 yaşlı qız anası və qonşuları tərəfindən döyülüb

Sumqayıtda 28 yaşlı qız anası və qonşuları tərəfindən döyülüb
# 06 yanvar 2009 10:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sumqayıtda 28 yaşlı qız anası və qonşuları tərəfindən döyülüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhər ərazisində yerləşən yataqxanaların birində baş verib. Orada yaşayan, Şamaxı rayon sakini, 1981-ci il təvəllüdlü Şahruzə Məmmədova yaşadığı yataqxananın dəhlizində anası Gülcaham Məmmədova və qonşuları –Rəxşəndə Xalıqova, Fariz və Mübariz Xalıqov qardaşları tərəfindən döyülüb. Ona qarşı zor tətbiq olunması barədə Ş. Məmmədova tərəfindən Polis İdarəsinə daxil olan şikayət əsasında Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə araşdırmalara başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR