Bank Of Baku

Salyanda yol qəzasında bir nəfər ölüb

Salyanda yol qəzasında bir nəfər ölüb
# 06 yanvar 2009 11:28 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Salyanda yol ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Polis Şöbəsinin müstəntiqi Fuad Əliyev məlumat verib. Məlumata görə, bu gün günorta saatlarında Ələt-Astara yolunun 61-ci kilometrində Salyan rayonu Boranıkənd sakini Feyzullayev Mirzəbəy Soltan oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 52 BA 961 dövlət nömrə nişanlı avtomaşınla, Salyan rayonu Boranıkənd sakini Feyzullayev Amal Mirzağa oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 18 BE 227 dövlət nömrə nişanlı avtomaşınla toqquşub.

Nəticədə “VAZ 2107”-də olan sərnişin, Salyan rayonunun Boranıkənd sakini, 1975-ci il təvəllüdlü Hüseynov Ramil Ayaz oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR