Bank Of Baku

Şirvanda tələbəni qətlə yetirən şəxs tutulub

Şirvanda tələbəni qətlə yetirən şəxs tutulub
# 06 yanvar 2009 11:48 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Dünən Şirvan şəhərində tələbəni qətlə yetirən şəxs tutulub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən bildirilib.
Məlumata görə, dünən saat 11.00 radələrində Şirvan şəhərindəki çayxanalardan birində, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin tələbəsi, 1991-ci il təvəllüdlü Əzimov Nahid Vahid oğlunu Bərdə şəhər sakini 1990-cı il təvəllüdlü Əsgərov Aqil Yahya oğlunun qətlə yetirdiyi məlum olub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A. Əsgərov tutulub. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilib. A. Əsgərov ifadəsində mərhumun adı çəkilən kollecdə oxuyan xalası qızına dəfələrlə sataşdığını, sonda aralarında baş verən mübahisənin bıçaqlanma ilə nəticələndiyini deyib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR