Bank Of Baku

Elçin Behbudov İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirən zaman saxlanılan dindarlarla görüşüb

Elçin Behbudov İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirən zaman saxlanılan dindarlarla görüşüb
# 06 yanvar 2009 13:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs olunanların Saxlanma Məntəqəsində olub. E. Behbudov APA-ya bildirib ki, saxlanma məntəqəsində yanvarın 2-də İsrail səfirliyinin binası qarşısında etiraz aksiyası keçirən 22 dindarla görüşüb. Komitə sədri deyib ki, saxlanılan dindarların 20-si hacıdır. E. Behbudovun sözlərinə görə, dindarlar özlərini günahkar saymadıqlarını və azadlığa buraxılmalarını istədiklərini deyiblər. Hüquq müdafiəçisi qeyd edib ki, onlar məhkəmə qətnaməsi ilə 10 və ya 15 sutkalığa saxlandıqlarına görə onların sərbəst buraxılması üçün məhkəmə qərarı olmalıdır: “Sabah komitə adından bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ediləcək”.
Qeyd edək ki, DİN-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan 22 dindar İsrailin Qəzza bölgəsində apardığı hərbi əməliyyatlara etiraz əlaməti olaraq İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında icazəsiz aksiya keçirməyə cəhd etdiklərinə görə, həbs olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR