Bank Of Baku

Elçin Behbudov Bakı sakininin zorlanması ilə bağlı daxili işlər nazirinə müraciət edəcək

Elçin Behbudov Bakı sakininin zorlanması ilə bağlı daxili işlər nazirinə müraciət edəcək
# 06 yanvar 2009 13:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Məmmədova Leyla Sabir qızının zorlanması faktı ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcək. E. Behbudov APA-ya bildirib ki, L. Məmmədova yanvarın 2-də gecə saat 01.00 radələrində Yasamal rayon ərazisində yerləşən Milli Arxiv İdarəsinin binasında tanımadığı bir neçə şəxs tərəfindən təzyiqə, soyğuna və zorlanmaya məruz qaldığı haqda ona müraciət edib. E. Behbudov adıçəkilən qadının ərizəsinə əsasən deyib ki, yanvarın 2-də gecə saat 24.00 radələrində Yasamal rayonu ərazisində yerləşən Milli Arxiv İdarəsinin qarşısında evinə getmək üçün dayanan L. Məmmədova ağ rəngli “VAZ-2107” markalı maşından düşən sərxoş vəziyyətdə olan adamlar tərəfindən avtomobilə oturdulub, arxiv binasına gətirilib. Qadına məxsus 130 manat pulu əlindən alınıb və o özlərini polis kimi təqdim edən şəxslər tərəfindən zorlanıb.

E. Behbudovun sözlərinə görə, qadın kafedə işlədiyini və bu səbəbdən də işdən gec çıxdığını bildirib: “Özlərini polis kimi təqdim edən şəxslər arxiv binasında olarkən qadının üzərinə tapança çəkiblər və bu barədə heç kimə məlumat verməməsi ilə bağlı hədə-qorxu gəliblər”.

E. Behbudov deyib ki, faktla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR