Bank Of Baku

İlhamə Quliyeva Sərxan Kərəmoğlunun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə vəsatət qaldıracaq

İlhamə Quliyeva Sərxan Kərəmoğlunun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə vəsatət qaldıracaq
# 06 yanvar 2009 14:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xalq artisti İlhamə Quliyevanın Sərxan Quliyevə (Kərəmoğlu) qarşı qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsində hakim Raqif Qurbanovun sədrliyi ilə bu günə təyin edilən məhkəmə baxışına cavabdeh tərəfin nümayəndələri gəlməyib. İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli APA-ya deyib ki, İ.Quliyeva S. Kərəmoğlunun Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə prosesi yanvarın 8-nə təyin olunub. İ. Quliyeva bildirib ki, S. Kərəmoğlu gələn məhkəmə iclasına gəlməsə, onun prosesə məcburi gətirilməsi ilə əlaqədar vəsatət qaldıracaq.
Qeyd edək ki, bu gün Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə bu günə təyin olunan S. Quliyevin İ. Quliyevaya və İ. Quliyevanın S. Quliyevə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iş üzrə məhkəmə baxışı da keçirilib. F. Ələkbərli deyib ki, S. Quliyev bu prosesə də gəlməyib. Buna baxmayaraq, məhkəmə baxışı davam etdirilib. Məhkəmə prosesi yanvarın 13-də davam etdiriləcək. F. Ələkbərli deyib ki, növbəti prosesdə hər iki tərəfin nümayəndələri çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR