Bank Of Baku

Ombudsman Aparatının əməkdaşı Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının fəxri fərmanı ilə təltif olunub

Ombudsman Aparatının əməkdaşı Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının fəxri fərmanı ilə təltif olunub
# 06 yanvar 2009 15:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Zaur Əliyev Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının prezidenti, BMT Beynəlxalq Tribunalının hakimi A. L. Kolodkin tərəfindən assosiasiyanın fəxri fərmanı ilə təltif edilib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Bu mükafata layiq görülən ilk azərbaycanlı hüquqşünas olan Z. Əliyev həmin qurumun işində səmərəli fəaliyyətinə, assosiasiyanın konfranslarında məzmunlu çıxışlarına, həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Ombudsman təsisatının əməkdaşı 2002-ci ildən Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının ilk gənc azərbaycanlı üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR