Bank Of Baku

Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların hüquqları beynəlxalq konfransda müzakirə olunacaq

Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların hüquqları beynəlxalq konfransda müzakirə olunacaq
# 06 yanvar 2009 16:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ay Cenevrədə keçiriləcək “Uşaqlar – sülh naminə” mövzusunda beynəlxalq konfransda azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların hüquqları müzakirə olunacaq. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Konfransda Azərbaycanı “Uşaqdan-Uşağa” Sülh Şəbəkəsinin üzvü, Bakıdakı 134 saylı məktəbin şagirdi Aydan Allahyarova təmsil edəcək. A. Allahyarova Cənubi Qafqaz regionu üzrə bu konfransa qatılacaq yeganə nümayəndədir. O, 20 illik erməni təcavüzünün ölkəmizə vurduğu böyük ziyan, qaçqın və məcburi köçkün uşaqların vəziyyəti, yüz min uşağın çadırlarda doğulması, onların hüquqlarının kütləvi surətdə, kobudcasına pozulması, ölkə prezidentinin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması və s. barədə konfrans iştirakçılarına məlumat verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR