Bank Of Baku

Gəncədə qaz sobasının partlaması nəticəsində ana və oğul ağır xəsarət alıb

Gəncədə qaz sobasının partlaması nəticəsində ana və oğul ağır xəsarət alıb
# 07 fevral 2009 11:33 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Gəncə şəhərində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami rayonu Şərəfxanlı küçəsində yaşayan Səbuhi Əsədov və anası Ofeliya qaz sobasını yandırarkən ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

APA-nın qərb bürosu isə xəbər verir ki, hadisə dünən saat 17.00 radələrində Gəncə şəhəri, Şərəfxanlı küçəsi, döngə 1, ev 12 ünvanında baş verib. Qaz sobasının partlaması nəticədə xəsarət alan ana və oğul Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın həkimi Şahin Quliyev APA-ya bildirib ki, 1951-ci il təvəllüdlü Ofeliya Əsədov və 1982-ci il təvəllüdlü Səbuhi Əlövsət oğlu Əsədov üz və əl nahiyələrindən 1 və 3-cü dərəcəli yanıq xəsarətləri alıblar.

Onların hər ikisinin vəziyyəti orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR