Bank Of Baku

Taksi sürücüsü sərnişini bıçaqlayıb

Taksi sürücüsü sərnişini bıçaqlayıb
# 08 fevral 2009 08:26 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov - APA. Kürdəmir rayonunda bıçaqlaşma olub. Hadisə fevralın 7-də saat 16.00 radələrində Kürdəmir şəhərində baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, Kürdəmir şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədov Elşən Əfqan oğlu taksi kimi istifadə etdiyi şəxsi maşını ilə həmyerlisi, 1981-ci il təvəllüdlü İsmayılov Eldəniz Oruc oğluna göstərdiyi xidmətin müqabilində zəhmət haqqını tələb edərkən, onların arasında mübahisə yaranıb. E. Məmmədov üzərindəki bıçaqla sərnişinə bir neçə dəfə zərbə vurub.

Zərərçəkən ağır bıçaq xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər ona döş qəfəsi və kürək nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu qoyublar.

Sürücü artıq saxlanıb, faktla bağlı rayon RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR