Bank Of Baku

Penitensiar Xidmətlə DİN-in əməkdaşlığı nəticəsində 25-dən çox cinayətin üstü açılıb

Penitensiar Xidmətlə DİN-in əməkdaşlığı nəticəsində 25-dən çox cinayətin üstü açılıb
# 09 fevral 2009 06:39 (UTC +04:00)
Bakı-APA. “Son illər ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatı ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi arasında həyata keçirilən əməkdaşlıq nəticəsində cinayətkarlıqla mübarizə sahəsində müsbət nəticələr əldə olunur, əvvəllər bağlı qalmış cinayətlərin açılması üçün əlverişli zəmin yaradılır”.
Bu barədə APA-ya Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Penitensiar Xidmətin əməliyyat aparatının əldə etdiyi məlumatlara əsasən qeyd olunub ki, müəyyən müddət ərzində Bakı, Gəncə, Bərdə, Şəmkir və Xırdalan şəhərlərində törədilmiş 25-dən artıq müxtəlif, o cümlədən mülkiyyət əleyhinə olan cinayətlərin – vətəndaşların, habelə özəl və dövlət müəssisələrinin əmlakının oğurlanması, valyuta dəyişmə məntəqələrinə basqın edilməsi kimi cinayətlərin üstü açılıb. Birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlar yaxalanaraq, məsuliyyətə cəlb olunublar.
Bildirilib ki, iki qurumların əməliyyat aparatları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR