Bank Of Baku

Bakıda tikinti şirkətindən oğurluq edən şəxs həbs edilib

Bakıda tikinti şirkətindən oğurluq edən şəxs həbs edilib
# 09 fevral 2009 07:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda tikinti şirkətlərinin birindən oğurluq edən şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da saat 17.00 radələrində Salyan yolunun 27-ci kilometrliyində yerləşən “Avanqard N” MMC-nin həyətindən tikinti materiallarını oğurlamaqda təqsirli bilinən, Ələt qəsəbə sakini, 1969-cu il təvəllüdlü Abbasov Rövşən Sahib oğlu tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR