Bank Of Baku

Ata-anasını qətlə yetirən qızın cəzası 3 il azaldılaraq 7 ilə salınıb

Ata-anasını qətlə yetirən qızın cəzası 3 il azaldılaraq 7 ilə salınıb
# 09 fevral 2009 09:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda atasını və anasını qətlə yetirən qızın cəzası Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən azaldılıb. APA-nın xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham olunan, Abşeron rayon sakini Elyana Rüstəmovanın apellyasiya şikayətinə baxılıb. Atasını və anasını qətlə yetirməkdə təqsirləndirilən E. Rüstəmova 2008-ci ilin dekabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarından verilən apellyasiya şikayətinə isə bu günlərdə baxılıb. Sumqayıt Apellyasiya Məhkəməsi E. Rüstəmovanın cəzasını 3 il azaldıb.
Qeyd edək ki, sözügedən qətl hadisəsi 2008-ci ilin aprelində Abşeron rayonunun MD-23 qəsəbəsində baş verib. E. Rüstəmova ailə münaqişəsi zəmnində atası Nuruş Rüstəmovu və anası Fəriyyə Rüstəmovanı balta ilə qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR