Bank Of Baku

Gəlinini öldürən qaynananın məhkəməsi başlayıb

Gəlinini öldürən qaynananın məhkəməsi başlayıb
# 09 fevral 2009 10:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə gəlinini qətlə yetirən qaynananın – Quba rayon sakini Rəhilə Əliyevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesində dövlət ittihamçısı R. Əliyevaya qarşı irəli sürülən ittiham aktını elan edib. İttihama görə, 2008-ci il sentyabrın 8-də Quba rayonunun Vəlvələ kənd sakini, 1958-ci il təvəllüdlü Rəhilə Əliyeva evində gəlini, 30 yaşlı Nazilə Ağarzayevanı kəmərlə boğaraq qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən R. Əliyeva isə həmin gün Quba rayon Polis Şöbəsinə təslim olub. R. Əliyeva törətdiyi cinayət əməlinə görə, Azərbaycan Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham olunur. Təqsirləndirilən R. Əliyeva isə özünü qismən təqsirli bilib və gəlini N. Ağarzayevanın hərəkətlərinin onu bu addımı atmağa vadar etdiyini açıqlayıb.
Proses davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR