Bank Of Baku

Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb
# 09 fevral 2009 10:20 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada yanğın olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Xidmətindən (YMX) məlumat verilib. Hadisə rayonun Axaxdərə kəndində Qurbanov Həybullax Qurban oğluna məxsus kürsülü, ümumi sahəsi 60 kvadratmetr olan 4 otaqlı evdə baş verib. Hadisə yerinə iki yanğınsöndürən maşını cəlb olunub. YMX-nin əməkdaşları və H. Qurbanovun qonşuları yalnız bir otaqda olan əşyaları xilas edə bilib. Digər 3 otaqda olan əşyalar və evin yanar konstruksiyaları tamamilə yanıb yararsız vəziyyətə düşüb.
İlkin araşdırma zamanı yanğının odun sobasından baş verdiyi məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR