Bank Of Baku

10 il əvvəl ağır cinayət törətməkdə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib

10 il əvvəl ağır cinayət törətməkdə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib
# 09 fevral 2009 10:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ağır cinayətlər törətməkdə təqsirləndirilən Şükür Aydınlının cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.
APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Ş. Aydınlı yeznəsi İlham Rəhimov, tanışı Aygün Rzayeva və istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə giriblər. Adıçəkilən şəxslər 1999-cu il noyabrın 29-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 12 saylı binanın 182-ci mənzilinə aldadaraq daxil olublar və ev sahibləri Xeyransa Bayramovaya, Surxay Bayramova və 1990-cı il təvəllüdlü övladları Ülviyyə Tahirovaya zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb ediblər. Surxay Bayramovu isə bıçaqlayaraq, qətlə yetiriblər. Bundan sonra basqın edənlər azyaşlı Ülviyyəni irihəcmli çantanın içərisinə qoyaraq qaçırıblar. Qızı dekabrın 2-ə kimi naməlum ünvanda saxlayıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxs 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, digər təqsirləndirilən İlham Rəhimov isə 2000-ci ildə həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR