Bank Of Baku

Vəkilliyə qəbul üçün 505 nəfər sənəd verib

Vəkilliyə qəbul üçün 505 nəfər sənəd verib
# 09 fevral 2009 12:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda vəkilliyə qəbul imtahanları ilə bağlı 505 nəfər sənədlərini təqdim edib. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov APA-ya açıqlamasında deyib ki, artıq sənəd qəbulu üzrə elan olunmuş müddət başa çatıb.

F. Nəcəfovun sözlərinə görə, sənədlərini təqdim edənlərin 438-i kişi, 67-i isə qadındır. Bölgələr üzrə isə Bakıdan 331, Şirvandan 56, Gəncədən 39, Sumqayıtdan 58, Şəkidən 21 nəfər vəkilliyə qəbul imtahanında iştirak etmək üçün sənədlərini təqdim edib.
F. Nəcəfov bildirib ki, qəbul imtahanlarının martda keçirilməsi nəzərdə tutulub. Hələlik isə dəqiq tarix müəyyənləşdirilməyib.
Qeyd edək ki, ötən qəbul zamanı imtahanda iştirak edən 441 nəfərdən 240-ı vəkil adını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR