Bank Of Baku

Bir ailənin 4 üzvünü xüsusi amansızlıqla qətlə yetirən ömürlük məhbusun apellyasiya şikayəti təmin olunmayıb

Bir ailənin 4 üzvünü xüsusi amansızlıqla qətlə yetirən ömürlük məhbusun apellyasiya şikayəti təmin olunmayıb
# 09 fevral 2009 12:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində bir ailənin 4 üzvünü xüsusi amansızlıqla qətlə yetirən, ömürlük həbs cəzasına məhkum edilən Yardımlı rayon sakini Niyaməddin Nuriyevin apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakimi Rəsul Səfərovun sədrliyi ilə keçirilən prosesdə məhbusun cəzasının müddətli cəza ilə əvəzlənməsi ilə bağlı istəyi təmin olunmayıb. Məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb.

İttiham görə, 2008-ci il aprelin 15-də Nərimanov rayonunun Yusif Vəzir Çəmənzəminli küçəsindəki yeni istifadəyə verilən binanın mənzillərinin birində Bakı şəhər sakinləri Ofeliya Abbasova, onun qızları Sevinc və Xanım, eləcə də 8 yaşlı nəvəsi Fərid Yardımlı rayon sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nuriyev tərəfindən qətlə yetirilib. O, törətdiyi cinayətin izini itirmək məqsədilə özü ilə gətirdiyi benzinlə evi yandırıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Niyaməddin Nuriyev ömürlük azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR