Bank Of Baku

Hüquq müdafiəçisi MTN-in istintaq təcridxanasında monitorinq keçirib

Hüquq müdafiəçisi MTN-in istintaq təcridxanasında monitorinq keçirib
# 09 fevral 2009 13:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında olub.
E. Behbudov APA-ya açıqlamasında təcridxanada saxlanılan şəxslərlə görüşdüyünü deyib. Komitə sədri bildirib ki, müxtəlif cinayətlərdə təqsirləndirilərək saxlanılan 1971-ci il təvəllüdlü Feyzullayev İsmayıl Həbibulla oğlu, qanunsuz torpaq satışında ittiham olunan Buzovna qəsəbə Bələdiyyəsinin üzvü Yunusov Ağabəy Ağasəf oğlu, saxta plastik kartlar hazırlamaqda və yaymaqda təqsirləndirilən “Bank Standart”ın əməkdaşları İlyaszadə İlyas Məşədi oğlu, həmin bankın digər işçisi Rəhimov Səid Davud oğlu ilə görüşüb. E. Behbudov deyib ki, adıçəkilən şəxslər saxlanma şəraitindən narazı olmasalar da, onlardan İ. Feyzullayev, A. Yunusov və S. Rəhimov özünü təqsirli bilmədiklərini söyləyiblər. Hüquq müdafiəçisinin sözlərinə görə, A. Yunusovda onkoloji xəstəlik aşkarlandığından, xəstəliyi ilə bağlı ekspertizanın təyin olunması nəzərdə tutulub: “Respublika Onkoloji Mərkəzinin həkimlərindən ibarət komissiya onun xərçəng xəstəsi olduğunu müəyyənləşdirsə, Ağabəy Yunusov xəstəxanaya köçürülə bilər. Bu məsələ qanunvericiliklə də tənzimlənir”.
E. Behbudov monitorinq zamanı təcridxananın rəhbərliyi ilə də görüşdüyünü, saxlanılan şəxslərin xahişlərini diqqətə çatdırdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR