Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində 32 yaşlı qadın özünü 4-cü mərtəbədən ataraq intihar edib

Azərbaycanın Sumqayıt şəhərində 32 yaşlı qadın özünü 4-cü mərtəbədən ataraq intihar edib
# 09 fevral 2009 15:18 (UTC +04:00)
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrayon ərazisindəki 15/14 saylı çoxmərtəbəli yaşayış binasında baş verib. Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Balaxanım Hüseyn qızı Mirzəyeva binanın 1-ci blokunun 4-cü mərtəbəsindən özünü yerə atıb.

B. Mirzəyeva aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Məlumata görə, mərhum uzun illər əsəb xəstəliyindən əziyyət çəkib və o, Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub.

Bununla belə, intiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR