Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində ana və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib

Azərbaycanın Sumqayıt şəhərində ana və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib
# 09 fevral 2009 15:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Sumqayıt şəhərində ana və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün baş verib. Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Xatirə Rasim qızı Fətəliyeva, onun övladları, 2003-cü il təvəllüdlü Firudin Fətəliyev və 2004-cü il təvəllüdlü Samirə Fətəliyeva yaşadıqları evdə dəm qazından boğulublar. Onlar zəhərlənmə diaqnozu ilə təcilli olaraq şəhər xəstəxanasına çatdırılıblar.

Hazırda onların hər üçünün səhhəti normaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR