Bank Of Baku

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun referendumla bağlı iclası keçirilib

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun referendumla bağlı iclası keçirilib
# 09 fevral 2009 15:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) geniş tərkibdə iclası keçirilib. BİQ-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 2009-cu il üçün iş planı, həmçinin martın 18-də keçiriləcək referenduma dair qurumun strategiyası və bu istiqamətdə həyata keçirilən layihələr iştirakçıların geniş müzakirəsinə çıxarılmışdır.
Məruzəçilər referendum öncəsi kütləvi informasiya vasitələrinin monitorinqinin və Mərkəzi Seçki Komissiyasında təşviqat qruplarının qeydiyyatı ilə bağlı monitorinqin gedişatını, «Qaynar Xətt» Xidmətinin fəaliyyətini, həmin xidmətin bu günlərdə respublikanın müxtəlif bölgələrində vətəndaşların şikayət və ərizələrinin qəbulu ilə bağlı məsələləri BİQ-in müzakirəsinə çıxarıblar. Bundan əlavə, iclasda martın 6-da baş tutacaq «Azərbaycan Respublikası 18 mart 2009-cu il referendumunun siyasi və hüquqi əsasları» beynəlxalq konfransına hazırlıq məsələləri də müzakirə edilib.
Qeyd olunub ki, BİQ-in referendum öncəsi və referendum günü fəaliyyəti və tutduğu mövqe, ümumi qənaətə əsasən tam müstəqil aparılacaq, operativ şəkildə rəy hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR