Bank Of Baku

Azərbaycan paytaxtında məktəbli özünü 9-cu mərtəbədən ataraq intihar edib

Azərbaycan paytaxtında məktəbli özünü 9-cu mərtəbədən ataraq intihar edib
# 10 fevral 2009 07:28 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən axşam, saat 20.30 radələrində rayonun 2-ci sülh döngəsi 2a ünvanında baş verib. Həmin binanın 32-ci mənzilində yaşayan, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Fərid Elmar oğlu Ağahüseynov yaşadığı binanın 9-cu mərtəbəsindən özünü yerə atıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

İlkin məlumata görə, F. Ağahüseynov 11-ci sinif şagirdidir. Onun intihar etməsinin səbəbi hələ məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR