Bank Of Baku

Sumqayıt sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Sumqayıt sakini özünü bıçaqlayaraq intihara cəhd edib
# 10 fevral 2009 07:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda 28 yaşlı gənc özünü bıçaqlayaraq intihara cəhd edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Samir Aydın oğlu Abbasov yaşadığı evdə, sərxoş vəziyyətdə özünü bıçaqlayıb. Qarın nahiyyəsindən ağır bıçaq xəsarəti alan S. Abbasov xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, S. Abbasovun özünə qəsd etməsinin səbəbi hələ məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR