Bank Of Baku

Gəncədə “Seçici və deputat münasibətlərinin inkişafında deputat köməkçilərinin rolu” mövzusunda treninq keçiriləcək

Gəncədə “Seçici və deputat münasibətlərinin inkişafında deputat köməkçilərinin rolu” mövzusunda treninq keçiriləcək
# 10 fevral 2009 07:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gündən başlayaraq Gəncədə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsi USAİD-in Parlament Proqramı ilə birlikdə treninq keçirəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Seçici və deputat münasibətlərinin inkişafında deputat köməkçilərinin rolu” mövzusuna həsr olunmuş tədbirdə Milli Məclis Aparatının, USAİD-in məsul əməkdaşları və 20-yə yaxın deputat köməkçisi iştirak edəcək. Treninqdə peşəkar ünsiyyət, resursların idarə olunması, deputat köməkçilərinin peşə sferalarında təmsilçilik və cavabdehlikləri, şəffaflıq qaydaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tədbir fevralın 12-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR