Bank Of Baku

Bakı sakini qarət edilib

Bakı sakini qarət edilib
# 10 fevral 2009 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakini qarət olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 7-də saat 20.00 radələrində I Zabrat qəsəbəsində naməlum şəxs 1958-ci il təvəllüdlü Rzayeva Şəhla Sərkiz qızını bıçaqla hədələyərək 200 manat pulunu və qızıl-zinət əşyalarını əlindən alaraq hadisə yerindən qaçıb. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, 1976-cı il təvəllüdlü Ağayev Hikmət Ağabəy oğlu tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR