Bank Of Baku

Naməlum şəxslər tərəfindən oğurlandığı bildirilən Sumqayıt sakini tapılıb

Naməlum şəxslər tərəfindən oğurlandığı bildirilən Sumqayıt sakini tapılıb
# 10 fevral 2009 09:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Naməlum şəxslər tərəfindən oğurlanan Sumqayıt sakini Rövşən Abdullayev tapılıb. Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rövşən Abdullayev bu gecə qeyri-rəsmi nikah münasibətlərində olduğu Ülviyyə Əzizovanın yaşadığı evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Polis İdarəsinə gətirilərək dindirilən R. Abdullayev oğurlanmadığını bildirib. O, Sumqayıt şəhəri Z. Tağıyev qəsəbəsində yaşadığını və ailəli olduğunu qeyd edib. R. Abdullayev həmçinin polisə verdiyi ifadəsində Abşeron rayonunda Ü. Əzizova adlı başqa bir qadınla da qeyri-rəsmi nikah münasibətlərində yaşadığını və həmin qadına külli miqdarda borcunun olduğunu bildirib. Sözügedən qadından ayrılmaq və ona olan borcunu ödəmək məqsədi ilə yalan məlumat vermək qərarına gəldiyini qeyd edən R. Abdullayev ailəsini aldatdığnı etiraf edib. Abşeron rayon Polis İdarəsindən adıçəkilən şəxsin yalan məlumat verməsi faktı təqsdiqlənərsə onun məsuliyyətə cəlb ediləcəyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin fevralın 7-də yaydığı məlumata görə, Sumqayıt şəhər sakini Rövşən Abdullayev fevralın 6-sı saat 08.00 radələrində özünə məxsus “VAZ-2107” markalı avtomaşınla evdən çıxıb və həmin gün saat 17.45 radələrində telefonla anası Südabəyə zəng edərək, naməlum şəxslər tərəfindən oğurlanması, azad edilməsi müqabilində 10 min manat tələb edilməsi barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR