Bank Of Baku

Vəkil İsaxan Aşurovun apellyasiya şikayəti təmin olunmayıb

Vəkil İsaxan Aşurovun apellyasiya şikayəti təmin olunmayıb
# 10 fevral 2009 10:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Apellyasiya Məhkəməsində vəkil İsaxan Aşurovun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı qaldırdığı iddia ilə bağlı Səbayel rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya bildiriblər ki, hakim Gündüz Quliyevin sədrliyi ilə keçiriləcək prosesdə İ. Aşurovun vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair apellyasiya şikayəti təmin edilməyib və Səbayel rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. İ. Aşurov isə bu günə qədər Tibb Baş İdarəsinə ünvanladığı müraciətlərin əsaslı şəkildə cavablandırılmadığını və ona cəzaçəkmə müəssisələrində cəza çəkən psixi və digər ağır xəstə məhbusların siyahısının təqdim edilmədiyini deyib. O, müdafiə etdiyi şəxslərdən birinin 2008-ci ilin yanvarında cəzaçəkmə müəssisində vəfat etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR