Bank Of Baku

İrandan Azərbaycana 5 kiloqrama yaxın heroin gətirib satmaq istəyən şəxs tutulub

İrandan Azərbaycana  5 kiloqrama yaxın heroin gətirib satmaq istəyən şəxs tutulub
# 10 fevral 2009 10:36 (UTC +04:00)
Bakı-APA. Yardımlı rayon sakini Vasif Əliyevdən 5 kiloqrama yaxın narkotik vasitə götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Əliyev 4 kiloqram 850 qram heroini qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana gətirib satarkən tutulub. Ondan 1 ədəd xəncər götürülüb. V. Əliyevin evinə baxış zamanı əlavə 44,483 qram tiryək də aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR