Bank Of Baku

Adam oğurluğunda ittiham olunan dəstə üzvləri məhkəmə zalından azadlığa buraxılıblar

Adam oğurluğunda ittiham olunan dəstə üzvləri məhkəmə zalından azadlığa buraxılıblar
# 10 fevral 2009 10:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğunda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilənlər - Məhərrəm Vəliyev, qardaşı Zaur Vəliyev, əmisi oğlanları Rövşən Vəliyev və İlqar Hüseynov məhkəmə zalından azadlığa buraxılıblar. Buna səbəb kimi prosesdə zərərçəkmişlərlə təqsirləndirilənlər arasında barışığın əldə olunması göstərilib.
Qeyd edək ki, ittiham aktına görə, Dəvəçi rayon sakinləri olan təqsirləndirilənlər 2008-ci il oktyabrın 9-da adı gizli saxlanılan qızı oğurlayıblar.
Xatırladaq ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinirdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR