Bank Of Baku

Yasamal rayon Dini İcması Ali Məhkəməyə müraciət edəcək

Yasamal rayon Dini İcması Ali Məhkəməyə müraciət edəcək
# 10 fevral 2009 10:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Murtuza Muxtarov 190 ünvanında yerləşən, Yasamal rayon Dini İcmasına məxsus “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. İcmanın vəkili Muxtar Mustafayevin APA-ya verdiyi məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Gündüz Quliyevin sədrliyi ilə keçirilən prosesdə dini icma tikilinin layihəsinin təsdiqindən imtinanın etibarsız sayılmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edib. Məhkəmə iddia ərizəsini icraata qəbul etməyib və icma Ali Məhkəməyə müraciət etməyə qərar verib. Vəkil bildirib ki, iddiaya Ali Məhkəmədə baxıldıqdan sonra məscidin sökülməsi ilə bağlı apellyasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, Yasamal rayon Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli qərarı ilə rayon İcra Hakimiyyətinin “qeyri-qanuni tikilinin sökülməsinə dair” iddiası təmin olunaraq M. Muxtarov küçəsi 190 ünvanda yerləşən məscidin sökülməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR