Bank Of Baku

Bakı-Tiflis yolunda tapılan artilleriya mərmisi partladılaraq zərərsizləşdirilib

Bakı-Tiflis yolunda tapılan artilleriya mərmisi partladılaraq zərərsizləşdirilib
# 10 fevral 2009 11:01 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı-APA. Bu gün saat 13.20 radələrində Bakı-Tiflis yolunun 762-ci kilometrliyində, Qazax rayonunun ikinci Şıxlı kəndi ərazisində OF-56 tipli artilleriya mərmisi partladılıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) partlamamış əməliyyatlar üzrə meneceri Pərviz Gidayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, mərmi yol çəkilişi aparan şirkətin əməkdaşları tərəfindən aşkarlanıb. Mərminin 1992-ci ildə ermənilərin kəndi atəşə tutması zamanı əraziyə düşdüyü bildirilib. P. Gidayev deyib ki, mərminin partlayıcı mexanizmi həssas vəziyyətdə olub. Bu səbəbdən ANAMA əməkdaşları mərmini başqa yerə aparmadan yerindəcə partladıblar.
Partlayış gücü 500 metr ərazini əhatə etdiyi üçün ərazidə yaşayan 10 ailə evakuasiya olunub, magistral yolda hərəkət yarım saat dayandırılıb.
Sakinlər jurnalistlərə ərazidə bu cür mərmilərin çox olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR