Bank Of Baku

Öz evini qarət edən 19 yaşlı Bakı sakini həbs olunub

Öz evini qarət edən 19 yaşlı Bakı sakini həbs olunub
# 10 fevral 2009 14:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında 19 yaşlı gənc futbola pul qoymaq məqsədi ilə öz evlərini qarət edib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə baş verib. Rayonun 26 Bakı Komissarı küçəsi, ev 6-da ünvanında yaşayan, 1962-ci il təvəllüdlü Aslan Əlizadə polisə müraciət edərək evinin qarət olunduğunu bildirib. O, şikayət ərizəsində yaşadığı evin pəncərələrinin sındırıldığını, mənzilinin dağıdıldığını və oradan 3300 manat pulun oğurlandığını qeyd edib. Daxil olan şikayət ərizəsi əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədənin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, həmin şəxs şikayətçinin öz oğlu, 1990-cı il təvəllüdlü Elvin Aslan oğlu Əlizadədir. Saxlanılan şəxs ilkin dindirilmə zamanı törətdiyi oğurluq əməlini etiraf edib. O, ifadəsində futbol oyununa pul qoymaq məqsədi ilə evdən oğurluq etdiyini, izi azdırmaq üçün isə mənzili dağıtdığını qeyd edib. E. Əlizadə artıq həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR