Bank Of Baku

Ağdaş sakinlərindən narkotik vasitə olan heroin götürülüb

Ağdaş sakinlərindən narkotik vasitə olan heroin götürülüb
# 10 fevral 2009 15:33 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Ağdaş rayonunun 3 sakini qanunsuz olaraq narkotik vasitəni əldə etdiyi və satdığı üçün həbs edilib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə fevralın 10-da Ağdaş şəhər sakini 1983-cü il təvəllüdlü Cəbrayılov Şirin Ömərfaiq oğlu həmyerlisi 1970-ci il təvəllüdlü Məhərrəmov Məzahir Mais oğluna 0,326 və 0,089 qram narkotik vasitə olan heroini satdığı üçün həbs edilib. Ş. Cəbrayılov barəsində cinayət işi açılıb. Polislər narkotik vasitəni əldə edən M. Məhərrəmovu isə 2 gün öncə həbs ediblər. Onun üzərindən 0,516 qram narkotik vasitə olan heroin aşkar edilib. Həmin gün tutulan digər Ağdaş şəhər sakini 1968-ci il təvəllüdlü Məmmədov Şamil Kərim oğlunun üzərindən isə 0,574 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onların hər ikisi barəsində Ağdaş rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR