Bank Of Baku

“Sahil” qəsəbəsinin sakinləri Bakı-Astara yolunu bağlamağa cəhd göstəriblər

“Sahil” qəsəbəsinin sakinləri Bakı-Astara yolunu bağlamağa cəhd göstəriblər
# 10 fevral 2009 16:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında bir qrup sakin Bakı-Astara yolunu bağlamağa cəhd göstərib. Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Rayonun “Sahil” qəsəbəsinin sakinləri Bakı-Sumqayıt yolunun 31-ci kilometrliyində yola çıxaraq hərəkəti dayandırmağa cəhd göstərib. Sakinlərin etirazına səbəb sözügedən ərazidə mövcud olan yeraltı piyada keçidinin işləməməsidir. Hadisə yerinə gələn Qaradağ rayon Polis İdarəsinin və Yol Patrul Xidməti əməkdaşlarının müdaxiləsindən sonra aksiyanın qarşısı alınıb. Polis Bölməsindən həmçinin bildirilib ki, sözügedən ərazidə mövcud olan yeraltı keçid təmizlik işləri ilə əlaqədar müvəqqəti olaraq bağlanıb. Aparılan təmizlik işləri başa çatdıqdan sonra yeraltı piyada keçidinin fəaliyyəti bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR