Bank Of Baku

Qobustan rayonunda qonşusunun evini qarət edən şəxs həbs edilib

Qobustan rayonunda qonşusunun evini qarət edən şəxs həbs edilib
# 11 fevral 2009 08:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Qobustan rayonunda qonşusunun evini qarət edən şəxs həbs edilib. Qobustan rayon Polis Şöbəsinin rəisi Şahin Bəbirovun APA-ya verdiyi məlumata görə, rayonun Nərimankənd kənd sakini Məlahət Rəsulova polisə müraciət edərək evinin qarət olunduğunu, mənzilindən 1300 manat pul və xeyli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olan şikayət əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin kimliyi müəyyənləşib. Məlum olub ki, bu elə həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Elşən Baxışovdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E. Baxışov həbs edilib. O, ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Ş. Bəbirov həmçinin təqsirləndirilən şəxsin oğurladığı pulların bir hissəsini xərclədiyini söyləsə də, qızıl-zinət əşyalarını istintaqa təhvil verdiyini bildirib. Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR