Masallıda avtomobil aşıb, ölən var
08 fevral 2012 13:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Masallı rayonunda ağır yol qəzası baş verib. Bu barədə APA-ya rayon Polis Şöbəsindən bildirilib.
Hadisə bu gün rayonun Məmmədxanlı kəndində qeydə alınıb. “VAZ” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü - 1969-cu il təvəllüdlü İlqar Məhəmməd oğlu İmanov aldığı xəsarətdən hadisə yerində ölüb.