Azərbaycanda Cəzaçəkmə Müəssisəsinə heroin keçirilməsinin qarşısı alınıb - FOTO
20 fevral 2012 10:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunan əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
APA-nın Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, Cəzaçəkmə Müəssisəsinin görüş otağında həmin müəssisədə cəza çəkən 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 317.2.1 və 67-ci maddələri ilə təqsirli bilinərək 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Dadaşov Elçin Rafiq oğlunun üzərinə və ona gətirilmiş sovqata baxış keçirilib.
Həmin zaman “Antonelli & Croissants” etiketli şirniyyat qutusunun içindən sellofana bükülmüş 14 ədəd xırda daşa bənzər kristallaşmış, ümumi çəkisi 12,042 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.