“GEN” MMC tikinti şirkətindən zərərçəkmiş şəxslər Prezident Administrasiyası qarşısında aksiya keçiriblər - FOTO
06 mart 2012 14:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün “GEN” MMC tikinti şirkətindən zərərçəkmiş şəxslər Prezident Administrasiyasının (PA) binası qarşısında razılaşdırılmamış aksiya keçiriblər. APA-nın xəbərinə görə, aksiyada 100-ə yaxın şəxs iştirak edib. Onlar müxtəlif şüarlar səsləndirərək, evlərini tələb ediblər. PA-dan aksiya iştirakçılarını qəbul edən olmayıb. Polis əməkdaşları onları ərazidən uzaqlaşdırıblar.
Daha sonra onlar Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq binanın qarşısındakı yolu bağlamaq istəyiblər. Lakin polis əməkdaşlarının müdaxiləsi nəticəsində onların cəhdi baş tutmayıb.