Tərtər sakininə hədə-qorxu gələrək xeyli miqdarda pulunu alan şəxslər tutulub
06 aprel 2012 13:31 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunda həmyerlilərinə hədə-qorxu gələrək xeyli miqdarda pul alan şəxslər polis tərəfindən saxlanılıb. Tərtər rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Qarabağ bürosuna verilən məlumata görə, rayon sakini Yaqub Vəliyev RPŞ-yə ərizə ilə müraciət edərək, Tərtər şəhərində yaşayan İslam Misirov və Sərvər Hüseynovun onu öldürməklə hədələyib, 4000 manat pul tələb etdiklərini bildirib. Şikayətçi ifadəsində göstərib ki, adıçəkilən adamlar tərəfindən 3 gün müddətində ondan zorla 2500 ABŞ dolları və 500 manat pul alınıb. Tərtər RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini İzzət Əsgərovun sözlərinə görə, İslam Misirov və Sərvər Fərəcov şübhəli şəxs ismində tutulub. Onların evlərində axtarış və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.
Hazırda istintaq davam etdirilir və saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.
Hadisə
Göyçayda yol qəzası baş verib, xəsarət alan var - FOTO
19:32
19 may 2024
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
18:58
19 may 2024
Ağsuda yol çöküb, avtomobillərin hərəkətində problem yaranıb
16:12
19 may 2024
Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
16:00
19 may 2024