Hüquq müdafiəçiləri 15 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirib
![Hüquq müdafiəçiləri 15 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirib](https://apa.az/storage/news/2012/april/06/big/blank.jpg)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayevin rəhbərliyi ilə təşkilatın monitorinq qrupu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Birlikdən APA-ya verilən məlumata görə, monitorinq zamanı cəzaçəkmə müəssisəsində məhkumların saxlandığı korpuslara, yataqxanalara və onların istifadəsində olan məişət və şəxsi əşyaların saxlandığı otaqlara, məişət obyektlərinə baxış keçirilib. Məhkumların saxlanma şəraiti, həmçinin, cəzaçəkmə müəssisələrində son dövrdə gedən islahatlar çərçivəsində görülən işlərlə yaxından tanışlıq olub. Məlumatda monitorinq zamanı heç bir ciddi qüsur və problemin müəyyən edilmədiyi qeyd olunub.
Monitorinqdən sonra Eynulla Fətullayev Azərbaycanda dövlət çevrilişinə cəhddə təqsirləndirilən, hazırda həbsdə olan Səid Dadaşbəyli və Emin Mehbalıyevlə görüşüb.
"İnsan Haqları Uğrunda" İctimai Birliyindən o da bildirilib ki, Emin Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti, millət vəkili Səttar Mehbalıyevin qardaşı oğludur. Görüş zamanı hər iki məhkum onlara qarşı sürülən ittihamlarla razı olmadıqlarını bildiriblər.

Hadisə
![Qəbələdə leysan yağışları güclü fəsadlar törədib, yollar bağlanıb - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/26/big/667b9e6a49747667b9e6a497481719377514667b9e6a49745667b9e6a49746.jpg)
Qəbələdə leysan yağışları güclü fəsadlar törədib, yollar bağlanıb - FOTO
![Bakıda gənc oğlan qətlə yetirilib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/26/big/667b541f40ca1667b541f40ca21719358495667b541f40c9e667b541f40ca0.jpg)
Bakıda gənc oğlan qətlə yetirilib - FOTO
![Kəlbəcərdə maşın aşıb, iki nəfər ölüb, beş nəfər yaralanıb](https://apa.az/storage/news/2024/june/26/big/667b2fcaead01667b2fcaead021719349194667b2fcaeacff667b2fcaead00.jpg)
Kəlbəcərdə maşın aşıb, iki nəfər ölüb, beş nəfər yaralanıb
![Şərurda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/26/big/667b2e90bc93c667b2e90bc93d1719348880667b2e90bc939667b2e90bc93a.jpg)