Xədicə İsmayılova istintaqa ifadə verib
26 aprel 2012 14:10 (UTC +04:00)
Bu barədə APA-ya X. İsmayılova özün məlumat verib.
Bu gün vəkili Adil İsmayılovla birgə Bakı şəhər Prokurorluğunda olduğunu qeyd edən X. İsmayılova istintaqa ifadə verdiyi deyib: “Bu günə qədər apardığım araşdırmaların nəticələrini müstəntiq Nail Əliyevin diqqətinə çatdırdım. Belə ki, mənim ünvanıma gələn təhdid məktubunun üzərində məktubun Rusiyanın paytaxtı Moskva şəhərindən göndərilməsi barədə möhür var idi. Bununla əlaqədar mən Moskvada olarkən araşdırma apardım. Məlum oldu ki, məktubun üzərindəki qeydlər saxtadır və mənə göndərilən məktub Moskvadan gəlməyib. Bu və ya digər məsələlər barədə istintaqa məlumatlar verdim”.
X. İsmayılova istintaqın gedişatı ilə bağlı əlavə açıqlama verməyib.
Qeyd edək ki, martın 7-də X. İsmayılovanın yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 14-də isə internetdə Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntü yayılıb.
“Azadlıq Radiosu”nun əməkdaşı X. İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Hadisə
Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyir
19:27
22 may 2024
Biləsuvarda şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib
18:33
22 may 2024
DYP Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılması barədə müraciət edib
18:31
22 may 2024
Bakıda evdən 125 min mantlıq inşaat materialları oğurlanıb
18:26
22 may 2024