FHN Bakı-Şamaxı yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat açıqlayıb
27 iyun 2012 12:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Şamaxı yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində “KamAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerindəcə dünyasını dəyişiblər. Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 10:39-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişənlər Göyçay rayon Aşağı Qaraməryəm kənd bələdiyyəsinin sədri Nadir Abdullayev, oğlu Rafiq Abdullayev, ailə üzvləri Qənirə Aslanova, Səkinə Aslanova və Xoşgün Aslanovadır.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişənlər Göyçay rayon Aşağı Qaraməryəm kənd bələdiyyəsinin sədri Nadir Abdullayev, oğlu Rafiq Abdullayev, ailə üzvləri Qənirə Aslanova, Səkinə Aslanova və Xoşgün Aslanovadır.
Hadisə
Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyir
19:27
22 may 2024
Biləsuvarda şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib
18:33
22 may 2024
DYP Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılması barədə müraciət edib
18:31
22 may 2024
Bakıda evdən 125 min manatlıq inşaat materialları oğurlanıb
18:26
22 may 2024